Dünya
Qəzza amerikalı muzdlu əsgərlərin nəzarətinə verilir
ABŞ-ın özəl hərbi şirkəti Qəzzada nəzarət-buraxılış məntəqəsinin idarə olunmasında iştirak etmək üçün 100 keçmiş Amerika əsgərini işə götürüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, baş ofisi Şimali Karolinada yerləşən “UG Solutions” adlı şirkət götürdüyü işçilərə 10.000 dollar avans və 1100 dollardan başlayan gündəlik əmək haqqı təklif edib.
Şirkətin sözçüsü bəzi əsgərlərin artıq Qəzzada olduğunu bildirib. Şirkət tərəfindən işə götürülənlər logistika və planlaşdırma ilə məşğul olan, ABŞ-da yerləşən “Safe Reach Solutions” ilə işləyəcəklər.
Razılaşmadan xəbəri olan başqa bir mənbə İsrail və adı açıqlanmayan ərəb ölkələrinin prosesi maliyyələşdirdiyini bildirib. Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri Qəzzada muzdlulardan istifadə etməyi təklif etmişdilər.
Eyni zamanda prosesdən xəbəri olan bir fələstinli rəsmi Qəzzanın şimalı ilə cənubunu ayıran Netzarim dəhlizi ilə bölgənin şərq və qərbini ayıran Səlahəddin küçəsinin kəsişdiyi keçid məntəqəsində ABŞ muzdlularının olacağını təsdiqləyib.
Roza
-
Nəqliyyat19:05
Bu avtobusların hərəkət sxemi dəyişdirilir
-
Səhiyyə18:15
Səhiyyə Nazirliyi məlumat yaydı: son bir ayda 82 plastik cərrah...
-
Dünya16:48
Alimlər heyrətdə: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
-
Sosial15:41
Bakıda iş saatları dəyişəcək: bundan sonra... - DETALLAR
-
MDB15:11
Səmaya yeni təhlükə qalxacaq: Rusiya "İskəndər-M"i təkmilləşdirir
-
Cənubi Qafqaz14:35
Paşinyandan Naxçıvanla bağlı təklif: bu rayonlardan keçməklə...
-
Sosial14:14
Ana olacaq tələbələrə bu qədər pul veriləcək: Məqsəd nədir?
-
Hadisə13:50
Ağcabədidə uşağın evə gətirdiyi qumbara partladı: 5 nəfər öldü - YENİLƏNDİ