Dünya
Fransanın bu ölkədəki hərbi mövcudluğuna son qoyuldu
Fransa son hərbi bazasını Çad ordusuna təhvil verib və bununla da ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb.
Publika.az xəbər verir ki, Çad Baş Qərargahından verilən açıqlamada paytaxt Encemine şəhərində yerləşən Adji Kossei bazasına nəzarətin fransız əsgərlərindən alındığı bildirilib.
Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi, təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Daha sonra Fransanın döyüş təyyarələri və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib. Fransız əsgərlərinin yerləşdiyi Faya hərbi bazası 26 dekabr 2024-cü ildə Çad ordusuna, 12 yanvarda isə Abeche hərbi bazasına təhvil verilib.
Aysel Şahmar
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var

















.jpg)

















