Tramp son nöqtəni qoydu: Geri alacağıq - Bu ölkə çıxılmaz durumda
Bizi izləyin

Dünya

Tramp son nöqtəni qoydu: Geri alacağıq - Bu ölkə çıxılmaz durumda

ABŞ Panamanın razılaşmanı pozduğu iddiası ilə Panama kanalını geri alacaq.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Panama kanalı ilə bağlı qiymətləndirmələr edib.

O, ABŞ-ın Panama kanalını çoxlu pula başa gələn və minlərlə insanın həyatına son qoyan nəhəng tikinti layihəsi ilə tikdiyini, daha sonra müqavilə ilə Panamaya verdiyini bildirib. Lakin Panamanın kanalı faktiki olaraq Çinə təslim etdiyini bəyan edib:

"Kanalı Çinə vermədik, Panamaya verdik. Panama indi bütün Çin lövhələrini silir. Amma təxminən 70 faizi hələ çin dilindədir.

Bizim razılaşmamız belə deyildi. Beləliklə, biz onu geri alacağıq. Onlar artıq çox şey etməyi təklif ediblər, lakin biz geri almağı məqsədəuyğun hesab edirik”.

ABŞ dövlət katibi Marko Rubionun bu səbəbdən ilk xaricə səfərini Panamaya edəcəyini xatırladan Tramp, onun ölkə rəsmiləri ilə bu məsələləri ətraflı şəkildə müzakirə edəcəyini qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm