Hansı hədəfləri vuracağımızı bilirlər - İrandan bu ölkələrə TƏHDİD
Bizi izləyin

Dünya

Hansı hədəfləri vuracağımızı bilirlər - İrandan bu ölkələrə TƏHDİD

İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə obyektlərinə zərbə endirməsi tarixin ən böyük səhvi olardı.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.

O bildirib ki, həm amerikalılar, həm də israillilər İranın cavab olaraq hansı hədəfləri vuracağını çox yaxşı başa düşürlər.

"Hesab edirəm ki, bundan sonra biz regionda genişmiqyaslı müharibəyə girəcəyik. İstər bölgədə, istərsə də ondan kənarda heç kim bunu istəmir. Düşünürəm ki, ABŞ-ın belə bir qərar qəbul etməsi ehtimalı azdır", - deyə nazir qeyd edib.

İran diplomatı vurğalayıb ki, rəsmi Tehran hazırda nüvə silahına malik deyil, amma onu yaratmaq üçün ölkədə hər cür imkan var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm