İqtisadi gündəm
Anbarlarda rekord sayda avtomobil qalıb: Qiymətlər düşəcək?
2025-ci ilin əvvəlində Rusiya avtomobil dilerlərinin anbarlarında 700 minə yaxın yeni avtomobil yığılıb ki, bu da çoxdan görünməyən bir mənzərədir. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl dilerlərin anbarında cəmi 400 min ədəd avtomobil olub.
Publika.az xəbər verir ki, bu barədə RBC avtomobil bazarındakı mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, bu, ən azı 2020-ci ildən bəri COVID-19 pandemiyası səbəbindən bazarın logistik problemlərlə üzləşdiyi rekord göstəricidir.
Qeyd edilir ki, yerli və xarici avtomobil müqayisəsində də təxminən bərabərlik var: 52 faizin 48 faizə. Bununla belə, bildirilir ki, Çin minik avtomobilləri 400 min ədəd, rus markaları isə 100 min ədəd təşkil edir. Qalan 100 min nəqliyyat vasitəsi kommersiya, orta və ağır yük maşınları və avtobuslardır.
İzah edilir ki, Rusiyada sonuncu dəfə müqayisə edilə bilən ehtiyat artımı ötən onillikdə qlobal maliyyə böhranı zamanı müşahidə olunub.
Proqnozlara görə, 2025-ci ildə Rusiyada minik avtomobillərinin satışı 10 faiz azalaraq 1,42-1,43 milyon ədədə düşəcək, baxmayaraq ki, pessimist ssenaridə 20 faiz azalma nəzərdə tutulur. Qeyd edilir ki, minik avtomobillərinin distribütorlarının anbarları da dolub-daşır və onlar dilerlərə təzyiq göstərir, onlardan satışın artırılmasını tələb edirlər. Real vəziyyətə gəlincə, hazırda bu mənzərə biznesini inkişaf etdirmək üçün kreditdən istifadə edən hər kəsə təzyiq göstərir.
Adəm
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?






.jpg)


.jpg)













.jpg)



.jpg)







