Ekologiya
“SpaceX”in gündə 3-4 peyki yanır - TƏHLÜKƏ
“SpaceX” şirkəti “Starlink” rabitə peyklərinin orbitdən çıxarılma tezliyini artırıb. Hər gün dünyada bu qrupdan olan 3-4 peyk atmosfer qatında yanır.
Publika.az xəbər verir ki, bu hadisənin 2024-cü ilin may ayından bəri aşkar hal aldığı bildirilir.
2025-ci ilin yanvarında “SpaceX” 87 peyk yandırıb. Bununla yanaşı şirkət ayda 55 yeni aparat yaradır, 200-ə yaxın peyk buraxır.
“SpaceX”in köhnə peykləri yenisi ilə əvəzlədiyi ehtimal edilir. Lakin şirkət hər ay 100-ə yaxın peykin məhv edilməsinin səbəbini izah etməyib.
Bildirilir ki, təbii amillər də buna təsir edə bilər. 2024-cü ilin may ayında Günəşdə Yerin atmosfer qatının genişlənməsinə və minlərlə peykin işində problem yaranmasına səbəb olmuş güclü partlayış müşahidə olunub. Yer orbitinə yaxın olan aparatlar yüksəkliyi itirərək geri qayıtmaq üçün resurslardan istifadə etməli olublar. Bundan başqa ionlaşmış şüa onların elektron avadanlıqlarına ziyan vurmuş ola bilər.
“Starlink” peykləri elə yaradılıb ki, atmosferdə tamamilə yana bilir. Lakin, bu, alimlərin narahatçılığına səbəb olur. Yanan zaman havada on illərlə qalan yüngül hissəciklər yaranır, xüsusən də peykin korpusunun yaradıldığı oksid alüminium ciddi təhlükə mənbəyidir.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)












