Dünya
Dünya nəhəngindən bir parça qopdu - Nə baş verir?

Rusiya Federasiyasının Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu tərəfindən dünyanın ən böyük aysberqi olan "A23a"da aparılan monitorinq zamanı onun strukturunda əhəmiyyətli dəyişikliklər qeydə alınıb.
Publika.az xəbər verir ki, hazırda Cənubi Atlantikada Cənubi Corciya adasından 340 km aralıda yerləşən aysberqdən təxminən 80 kv km-lik əhəmiyyətli buz kütləsi qopub. Bu, ümumi kütlənin təxminən 2%-ni təşkil edir.
İnstitutun buz və hidrometeorologiya üzrə baş mütəxəssisi Polina Soloşçukun sözlərinə görə, son on gün ərzində "A23a" Şotlandiya dənizinə doğru 40 km irəliləyib.
Qeyd olunur ki, 2023-cü ilin noyabr ayından açıq sulara çıxdıqdan sonra aysberq sahəsinin ümumi itkisi demək olar ki, 11%-ə çatıb. Bu, nəhəng buz blokunun əriməsi və parçalanması prosesinin davam etdiyini göstərir.
Aysberq "A23a" 1986-cı ilin sentyabrında Filçner Buz Şelfindən qopub. O, 2023-cü ilin noyabrında driftini bərpa etməzdən əvvəl Ueddell dənizində 30 ildən çox hərəkətsiz qalıb. Əvvəllər aysberqin Cənubi Corciya adası ilə toqquşması ilə bağlı narahatlıqlar var idi, lakin Arktika və Antarktika Tədqiqat İnstitutunun son məlumatlarına görə, "A23a" öz trayektoriyasını dəyişib və toqquşma ehtimalı azalıb.
Bundan əvvəl Roskosmos dünyanın ən böyük aysberqininin son görüntüsünü yaymışdı.

-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial30 Aprel 17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB30 Aprel 17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 30 Aprel 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil30 Aprel 14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman30 Aprel 13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial30 Aprel 12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA