Daha bir cüdoçumuz "Böyük Dəbilqə"nin fəxri kürsüsündə
Bizi izləyin

İdman

Daha bir cüdoçumuz "Böyük Dəbilqə"nin fəxri kürsüsündə

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan "Böyük Dəbilqə" turnirində fəxri kürsüyə yüksəlib.

Publika.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.

O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm