Rusiya Avropanı yeni silahı ilə qorxutdu: Sizi toza çevirəcək
Bizi izləyin

Dünya

Rusiya Avropanı yeni silahı ilə qorxutdu: Sizi toza çevirəcək

“İskəndər-1000” raketi artırılmış məsafəyə, heyrətamiz dəqiqliyə malikdir. O, hədəfə yaxınlaşanda tez manevr edə bilir ki, bu da onu vurmağı qeyri-mümkün edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiyanın “İsgəndər-1000” sistemi Avropada təhlükəsizliyi tamamilə dəyişməyə qadirdir. Görünür Rusiya Ukraynadakı münaqişədə dəyərli dərslər alıb və hərbi əməliyyatların yeni dövrünə hazırlaşır.

Üstəlik, hətta NATO-nun baş katibi də Rusiyanın qüdrətini tanıdığını bildirib və qeyd edib ki, Kreml üç ayda NATO-nun bütün hərbi-sənaye bazasının bir il ərzində istehsal etdiyi silahlardan daha çox silah istehsal edir.

Qeyd edək ki, Rusiyanın “İsgəndər-1000” raketi sələfi “İskəndər-M” ilə müqayisədə artan məsafəyə və təkmilləşdirilmiş dəqiqliyə malikdir. O, daha güclü şarja, yeni mühərrikə və təkmilləşdirilmiş uçuş idarəetmə və bələdçi sistemlərinə sahibdir.

Bundan əlavə, istiqamətləndirmə sistemi hədəfə hücum edərkən radardan istifadə etmək üçün proqramlaşdırılıb ki, bu da raketi yüksək zərbə dəqiqliyi ilə təmin edir. Nəticədə "İskəndər-1000"də təxminən beş metr radial sapma var.
“Başqa sözlə, bu silah nadir hallarda qaçır”, - məqalə müəllifi yekunlaşdırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm