Bu ölkə Trampa meydan oxudu: Fələstinlə bağlı iddianı təkzib etdilər
Bizi izləyin

Dünya

Bu ölkə Trampa meydan oxudu: Fələstinlə bağlı iddianı təkzib etdilər

Ər-Riyad ABŞ prezidenti Donald Trampın “Səudiyyə Ərəbistanı İsraillə normallaşmaq üçün Fələstin dövləti yaratmaq şərtindən imtina edib” iddiasını təkzib edib.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyinin qəti və sarsılmaz olduğu bildirilib. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın da əlavə şərh olmadan bu mövqeyi açıq şəkildə təsdiqlədiyi qeyd olunub.

Həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanı daha əvvəl İsrailin məskunlaşma siyasəti ilə Fələstin xalqını öz torpaqlarından didərgin salmaq cəhdlərini qəti şəkildə rədd edib:

"Səudiyyə Ərəbistanı Fələstin xalqının beynəlxalq legitimlik qərarlarına uyğun olaraq qanuni hüquqlarını əldə etmədiyi müddətcə qalıcı və ədalətli sülhün əldə edilə bilməyəcəyini vurğulayır. Bu vəziyyət ABŞ-ın əvvəlki və indiki administrasiyalarına da izah edilib".

Qeyd edək ki, Donald Tramp mətbuat konfransında “Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün Fələstin dövlətinin yaradılmasını tələb edirmi?” sualına “xeyr, onların belə bir xahişi yoxdur” cavabını vermişdi.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm