Dünya
85 yaşlı qadın öz dəfn mərasimində AYILDI
Tailandda maraqlı hadisə baş verib - 85 yaşlı Fuu Şripxadunq öldüyü güman edildikdən 40 dəqiqə sonra ayılıb.
Publika.az xəbər verir ki, bu barədə The Thaiger xəbər yayıb.
Hadisə fevralın 5-də Buri Ram əyalətinin Nankronq bölgəsində qeydə alınıb. Axşam saat 21:00 radələrində Şripxadunqun ailə üzvləri onun həyat əlamətləri göstərmədiyini aşkar edib. Qohumları artıq kömək edə bilməyəcəklərini düşünüb və təcili yardım xidmətinə zəng edərək ölüm faktının təsdiqlənməsini və cəsədin məbədə aparılmasını təşkil etmələrini istəyiblər.
Lakin 40 dəqiqə sonra yaşlı qadın qəfil ayağa qalxıb və ətrafında toplaşan ailə üzvləri və qonşularını görüb. Sonradan o, huşsuz vəziyyətdə olduğu zaman bir rahibin onun arxasınca gəzdiyini gördüyünü deyib. Hadisədən sonra Şripxadunqun uşaq kimi davranmağa başladığı, qucaqda gəzdirilməsini istədiyi və çoxlu şirniyyat yediyi bildirilib.
Qohumları bunun yaxşı karmanın nəticəsi olduğunu düşünərək evə rahib çağırıb və xüsusi şükranlıq ayini keçiriblər. (Baku.ws)
-
Region11:01Paşinyan kofe içərək kilsəyə belə söz atdı - VİDEO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Digər10:31Venesuelada yenə zəlzələ oldu
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi








.jpg)









.jpg)


.jpg)

.jpg)







