Əfqanıstanda 5 əsgər öldürüldü
Bizi izləyin

Dünya

Əfqanıstanda 5 əsgər öldürüldü

Əfqan hərbiçilərinin olduğu avtobusa qarşı intiharçı hücumu nəticəsində azı 5 əsgər həlak olub, 10 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, yaralananlar arasında mülki şəxslərin olduğu da bildirilir.

Terror aktının məsuliyyətini Taliban öz üzərinə götürüb.

Taliban daha bir partlayışı isə Kabildəki Fransa Mədəniyyət Mərkəzində həyata keçirib. Kamikadze hücumu nəticəsində bir nəfər həlak olub.

Qeyd edək ki, son zaanlar Kabildə yaraqlılar Əfqanıstanın təhlükəsizlik və xarici hərbi qüvvələr, eləcə də diplomatlara qarşı hücumlarını artırıb. NATO hərbi qüvvələri isə 13 ildən sonra Əgqanıstandakı missiyasını başa çatdıraraq, yanvar ayından yeni missiyaya-əfqan ordusuna təlimlərə və məsləhətlərə başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm