
İran hökuməti qadınlara kafe və restoranlarda kişilərlə bir yerdə “Avro 2012”nin oyunlarına baxmağı qadağan edib.
Publika.Az xəbər verir ki, hökumətin fikrincə, “Avro 2012”-yə baxmaq qadınların əxlaqına pis təsir göstərə bilər.
Polis rəsmisi Bəhmən Kargar bildirib ki, qadınların kişilərlə bir yerdə futbola baxması yersiz hərəkətdir:
“Kişilər oyuna baxan zaman əsəbləşirlər, özlərini qaba aparıb, söyüşlər söyürlər. Qadınlar belə cəmiyyətdə ola bilməzlər. Onlar polisə buna görə, təşəkkür etməlidirlər”.
Anar Əhmədov
Publika.Az