Gül NATO-nun baş katibi ola bilər
Bizi izləyin

Dünya

Gül NATO-nun baş katibi ola bilər

Publika.Az-ın məlumatına görə, NATO-nun beyin mərkəzi olan Atlantika Şurası hərbi blokun rəhbərliyinə 10 il ərzində bir türkün gətirilməsini təklif edib.

"Türkiyə" qəzetinin məlumatına görə, Ankara hazırda NATO Baş Katibliyi ilə müzakirələr aparır.

Gələn il səlahiyyət müddəti başa çatan NATO-nun hazırkı baş katibi Anders Foq Rasmussen isə 2014-cü ilə kimi bu vəzifədə qalmaq niyyətindədir. Abdullah Gülün də 2014-cü ildə prezidentlik müddəti başa çatır. Ankara kulislərində Abdullah Gülün NATO baş katibi vəzifəsinə gətiriləcəyi ilə bağlı söz-söhbətlər gəzir.

Bu arada Türkiyə prezidenti Abdullah Gül Çikaqoda keçirilən mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Türkiyənin NATO üzvlüyünün simvolik xarakter daşımadığını, hərbi blok çərçivəsində böyük məsuliyyəti bölüşdüyünü deyən Abdulla Gül Türkiyənin baş katiblik kimi vəzifənin də öhdəsindən gələ biləcəyini söyləyib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm