Dünya
Suriyada bir neçə vəzifəli şəxsin öldürüldüyü bildirilir
Suriyada rejim əleyhinə mübarizə aparan Azad Suriya Ordusu ötən gecə hərbi əməliyyatlar zamanı Bəşər Əsədə yaxın adamların öldürüldüyünü bildirib.
Publika.Az-ın məlumatına görə, Azad Suriya Ordusunun verdiyi açıqlamada tərkibində olan "Sahabə briqadaları" adlı xüsusi təyinatlı qüvvələrin təşkil etdiyi hərbi əməliyyatda Bəşər Əsədin kürəkəni Asif Şevket, daxili işlər naziri Məhəmməd Şaar, müdafiə naziri Davud Racih, Əsədin şəxsi köməkçisi Həsən Türkməni, Milli Təhlükəsizlik Şurasının rəhbəri general Hişam Bəxtiyar və Bəəs Partiyasının rəsmisi Məhəmməd Səid Bahitya öldürüldüyü iddia olunur.
Açıqlamada hərbi əməliyyatda hədəfə alınan rəsmilərin tanınmamaları üçün başqa adlarla xəstəxanalara yerləşdirildikləri iddia olunub.
Suriyanın rəsmi xəbər agentliyi SANA isə sui-qəsd iddialarının yalan olduğunu və öldürüldükləri iddia edilən şəxslərin hələ də vəzifələrində qaldıqlarını bildirib.
Agentlik Əsədin şəxsi köməkçisi Türkməninin də açıqlamasını yayımlayıb. Türkməni bildirib ki, o və digər yoldaşları vəzifələrini layiqincə yerinə yetirirlər:
"Bu açıqlamalar məqsədli dezinformasiyadan başqa bir şey deyil. Suriya xalqı mətbuat yalanlarını daha yaxşı başa düşür".
Daxili işlər naziri Şaar da açıqlamasında bu xəbələrin yalan olduğunu və artıq xalqın bu yalanlara inanmadığını söyləyib.
Anar Əhmədov
Publika.Az
-
Region20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset
-
Sosial19:00Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
-
Region17:55Ölüm xəbəri yayılan Əhmədinejad ictimaiyyət qarşısına çıxdı - Foto
-
Yaxın Şərq17:06İranın nüvə obyektlərində son vəziyyət: Sızma riski var?
-
Sosial16:14İrandan atılan raketi Türkiyə zərərsizləşdirdi








.jpg)
















.jpg)






