Region
Ölüm xəbəri yayılan Əhmədinejad ictimaiyyət qarşısına çıxdı - Foto
Öldüyü deyilən İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ictimaiyyət qarşısına çıxıb. O, haqqında yayılan məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, siyasətçinin sağ qalması qohumları və İran mediası tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, keçmiş prezidentin ölüm xəbəri martın 1-də Yaxın Şərqdə münaqişənin kəskinləşməsi, ABŞ və İsrailin İrana qarşı kütləvi hücumları başlayanda yayılıb. Əhmədinejadın ölümü ilə bağlı şayiələr tez bir zamanda sosial mediada və bəzi "Telegram" kanallarında yayılıb.
İranın "Xəbər-e Fouri" xəbər agentliyi Əhmədinejadın qohumlarına istinadən onun ölümü ilə bağlı bütün xəbərləri yalan adlandıran bir bəyanat yayıb: "O, sağdır!"
Daha sonra siyasətçinin sağ qalması ilə bağlı İranın digər media orqanlarında məlumatlar yayılıb.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-ci ildən 2013-cü ilə qədər İran prezidenti vəzifəsində çalışıb. O, beynəlxalq səviyyədə İsrail və ABŞ-a qarşı sərt ritorikası ilə tanınır.
Adəm

-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”





































