Dünya
Xəbərdarlıq: Rusiya ABŞ sanksiyalarına cavab verəcək
Bu gün Romada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikalı həmkarı Con Kerri ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, görüşdə Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə edəcəklər. O cümlədən danışıqlarda ABŞ Konqresinin Ukraynaya dəstək aktı ilə bağlı məsələnin qaldırılacağını güman edilir.
"Moskva həmin aktı Rusiya əleyhinə növbəti əhval-ruhiyyə təzahürü kimi görür",- Rusiya diplomatı deyib. O qeyd edib ki, Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar elan etdiyi təqdirdə Rusiya cavab addımlar atacaq.
Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Rusiyaya qarşı sanksiyalar məsələsində tələsməməyi tövsiyə edib. Barack Obama deyib ki, Avropa ilə ABŞ-ın uzun müddət ərzində eyni mövqedən çıxış etməsi Putini strateji qərar qəbul etməyə vadar edə bilər.
ABŞ və Aİ mart ayında Krımın ilhaqından sonra Rusiyaya qarşı sanksiyalar elan ediblər.
Növbəti sanksiyalar paketi Ukraynanın şərqindəki münaqişədə Moskvanın rolu ilə bağlı qəbul olunub. Rusiya hakimiyyəti isə Donbas bölgəsində separatçılara bilavasitə dəstək etdiyi barədə ittihamları dəfərlərə rədd edib.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO