Fransadan Rusiya ilə bağlı sərt mövqe: Bu, Putini danışıqlara məcbur edə bilər
Bizi izləyin

Dünya

Fransadan Rusiya ilə bağlı sərt mövqe: Bu, Putini danışıqlara məcbur edə bilər

Fransadan Rusiya ilə bağlı sərt mövqe: Bu, Putini danışıqlara məcbur edə bilər

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Lüksemburqda keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, Barrot Rusiyanın Ukraynadakı mülki əhalini hədəfə alan və müharibə qanunlarını pozan son hücumlarına toxunub.

O, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlər törətdiyi səbəbi ilə onun barəsində həbs qərarı verdiyini xatırladıb:

"Ukraynanın atəşkəsə razılıq verməsindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, hücumlar Rusiyanın əsl niyyəti də ortaya qoyur. Putinin atəşkəs istiqamətində hərəkət etmək niyyəti yoxdur. Buna görə də mən Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə çağırıram. Bu sanksiyaların Rusiya iqtisadiyyatının müharibəni maliyyələşdirilməsinə mane olacaq qədər güclü olması lazımdır”.

Barrot digər tərəfdən, oxşar sanksiyalar mexanizminin ABŞ tərəfindən də tətbiq edilə biləcəyini qeyd edib: “Atəşkəsin təmin edilməsi üçün böyük səylər göstərən ABŞ və Donald Trampın özünün də bu mövzuda çox vaxt və enerji sərf etdiyinə inanıram. Hazırlanan sanksiyalar Putini danışıqlar masasına oturmağa məcbur edə bilər".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm