Dünya
Qız "yox" dedi, əsəbiləşib sevgilisini və anasını bıçaqladı
23 yaşlı gənc oğlan evlənmə təklifini qəbul etməyən 17 yaşlı sevgilisini və onun 41 yaşlı anasını bıçaqlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Adananın Yüregir mahalının Anadolu məhəlləsində baş verib. Belə ki, bir neçə dəfə oğurluq törətmiş və bu səbəbdən də daim polisin diqqət mərkəzində olan Hakan Nayna adlı gənc eyni məhəllədə qaldığı G.D. adlı qızla bir müddət sevgili olub. Bir müddət sonra isə oğlan qıza onunla ailə qurmaq istədiyini bildirib. Lakin qızın ailəsi oğlanın kriminala meyilli olduğunu əsas gətirərək ona «yox» cavabı verib.
Məhz bundan sonra Hakan sevgilisinə təzyiq göstərməyə, onu fikrindən daşındırmağa çalışıb. Oğlanın əməllərinə dözməyən G.D. ondan ayrılmaq qərarına gəlib. Bu isə Hakanın özündən çıxmasına səbəb olub. Beləliklə, o, bu gün sevgilisinin evinə hücum çəkib. Oğlan evə daxil olan kimi G.D.-ni sol ayağından və onun anası Fatma D.-yi isə qarnından bıçaqlayıb. Bundan sonra Hakan olay yerini tərk edib. Yaralılar isə təcili yardımla Adana Nümunə Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.
Adana polisinin məlumatında bildirilir ki, həyati təhlükəsi olmayan 17 yaşlı qız «Psixopatın biridir. Heç nədən bizi bıçaqladı. Guya mənimlə evlənmək istəyirdi. Qəbul etmədiyim üçün məni və anamı bıçaqladı» deyə ifadə verib. Hazırda polis Hakan Naynanın yaxalanması üçün müvafiq araşdırmalara başlayıb.
Vazeh
-
Səhiyyə21:24
Vərəm peyvəndi insanları bu ölümcül virusdan QORUYUR
-
Magazin120:12
Azərbaycanda bu serial finala gedir - VİDEO
-
MDB19:48
Putin Özbəkistanda: Mirziyoyev onu belə qarşıladı - VİDEO
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?