Dünya
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
Putin Trampla söhbəti dəyərləndirib.
Publika.az xəbər verir ki, o, Trampla söhbəti çox faydalı və səmimi hesab etdiyini açıqlayıb.
“Bu söhbət çox məlumatlandırıcı və çox səmimi idi. Ümumilikdə, mənim fikrimcə, bu, çox faydalı oldu", - Rusiya lideri mətbuata açıqlamasında qeyd edib.
O, həmçinin Rusiyanın Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazır olduğunu diqqətə çatdırıb:
"Buraya, məsələn nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı və s., o cümlədən müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs daxildir".
***
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Telefon danışığı iki saatdan artıq davam edib.
Görüşün nəticələri ilə bağlı Prezidentin sözçücü Dmitri Peskovun ya da Prezident köməkçisi Yuri Uşakovun geniş məlumat verəcəyi bildirilib.
***
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, liderlərin telefon danışığının təfərrüatı bilinmir.
Qeyd edək ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə də telefonla danışacağını açıqlamışdı.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır




























.jpg)

.jpg)