Rublun zəifləməsi Donbasdakı “kadırovçular”a təsir etməyib
Bizi izləyin

Dünya

Rublun zəifləməsi Donbasdakı “kadırovçular”a təsir etməyib

Rusiyanın milli valyutası olan rublun dəyərinin sürətlə düşməsi Donbasda vuruşan muzdluların əhvalına da müxtəlif formada təsir edib.

Publika.az-ın “obozrevatel.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna baş prokurorunun xüsusi tapşırıqlar üzrə baş köməkçisi Valeri Karpunov bildirib.

Onun sözlərinə görə, Donbas hövzəsində vuruşan “kadırovçular” maaşı dollarla, Rusiyanın digər bölgələrindən gedən muzdlular isə rublla alır.

“Bu, təsdiq edilmiş faktdır. “Kadırovçular” digər Rusiya muzdlularından fərqli olaraq maaşını dollarla alırlar. Rus rublunun dəyərinin düşməsi Rusiya muzdluları arasında təlaş artırıb”, - Karpunov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm