Obamadan Kiyevə gözlənilməz zərbə: sənəd imzalanmadı
Bizi izləyin

Dünya

Obamadan Kiyevə gözlənilməz zərbə: sənəd imzalanmadı

ABŞ prezidenti Barak Obama bu gün Ukraynaya yardımı və Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanunları imzalayıb. Amma Vaşinqtondan Kiyev üçün pis bir xəbər gəlib.

Publika.az-ın ABŞ prezidenti Ukraynaya silah çatdırılmasını nəzərdə tutan "Ukraynanın azadlığına dəstək Aktı" imzalamayıb.

“Ukrayna-2014 azadlığa dəstək Aktı” adlanan qanun layihəsi bir neçə gün bundan əvvəl ABŞ Senatı tərəfindən qəbul edilmiş və Ağ Ev sahibinə Rusiyanın iri korporasiyalarına qarşı sanksiya tətbiq etmək və Ukraynaya hərbi yardım göstərmək hüququ verirdi. Qanun layihəsi respublikaçı-senator Bob Korker və beynəlxalq münasibətlər komitəsinin rəhbəri, demokrat-senator Robert Menendes tərəfindən hazırlanıb.

Sənəd Barak Obamaya Ukrayna hökumətinə ilk növbədə tank və zirehəleyhinə hərbi texnikaların çatdırılmasına başlamaq hüququnu verirdi. Lakin dövlət başçısı bu hüquqdan istifadə etməmək qərarına gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm