Dünya
Erməni müxalifətçinin “qulaqları kəsildi” - VİDEO
Ötən gün axşam Ermənistanın paytaxtı İrəvanın mərkəzində
2 naməlum şəxs müxalifətçi fəal Vaqinak Şuşayana fiziki təzyiq
göstəriblər.
ANS PRESS-in məlumatına görə, bu barədə fəal öz Feysbuk səhifəsində
partlamış dodağının şəklini qoyaraq məlumat verib.
Hadisəni danışarkən Şuşanyan bildirib ki, ona hücum edənlərdən biri
“Küçük, dünən prezidentin anasına söyən sən idin?” deyə bildirərək
təhqir edib.
Qeyd edək ki, 19 dekabrda hökümət evi qarşısında keçirilən
müxalifətin aksiyası zamanı Vaqinak Şuşanyan çıxışı zamanı bu
sözləri deyib: “Polis polkovniki deyib ki, kim mənim prezidentimin
anasına söysə, onun qulağını kəsəcəm. Qoy gəlsin bura və qarşımda
dayansın. Mən onun prezidentini də, onun özünü də söyəcəm. Baxaq
görək o mənim qulağımı kəsə biləcəkmi?”.
Xatırladaq ki, bundan əvvəl Ermənistan polisinin rəis müavini Levon
Eranosyan jurnalistin sualına cavab verərəkən “Mənim çəkinəcəyim
heç nə yoxdu. Bu ölkədə kim olur-olsun. Əyər mənim də olduğum bir
yerdə kimsə prezidentin ünvanına nəsə demək istəsə, mən onun küçük
kimi qulaqlarını kəsəcəm” demişdi.
Bu hadisədən sonra Eronosyan Qarabağ müharibəsində iştirak etçiş
Manvel Eqiazaryan və Razmik Petrosyanın döyülməsinə sərəncam verib.
Bundan sonra daha bir Qarabağda döyüşmüş Suren Sarqsyan və
müxalifətdən olan deputat Aram Manukyan döyülüb.
Məsələnin parlamentdə müzakirəsi zamanı iqtidardan olan deputat
parlament üzvünə olan hücümü düzgün saymışdı.
Lakin Ermənistanda baş verən acınacaqlı vəziyyətin yaratdığı bu
sosial partlayışa Serjin “sillə vuranları”nın nə qədər tab
gətirəcəyi məlum deyil.
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO