Mafiya çəkişməsi bu ölkəyə sıçradı: Caner Koçerin "sağ əli" öldürüldü
Bizi izləyin

Dünya

Mafiya çəkişməsi bu ölkəyə sıçradı: Caner Koçerin "sağ əli" öldürüldü

İspaniyada öldürülən “Daltons” cinayət təşkilatının yüksək rütbəli lideri olduğu iddia edilən Caner Koçerin "sağ əli" Furkan Yavuz Belçikada silahlı hücumda həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Furkan Yavuz Torreviejada öldürülən Caner Koçerdən sonra Belçikaya qayıdaraq, dəstə fəaliyyətini yenidən təşkil etməyə cəhd edib. Lakin onun Binçe şəhərində silahlı hücumda öldürüldüyü iddia edilir.

Sosial mediada Belçikada baş verən hücumdan sonra təcavüzkarların polisdən qaçmağa cəhd etdiyi görüntülər yayılıb.

Belçika və İspaniya hakimiyyət orqanları birgə araşdırma aparır. Polis hücumların daxili şəbəkə mübahisəsi və ya rəqib qruplar arasında baş verən toqquşmalarla bağlı olub-olmadığını müəyyən etməyə çalışır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm