Dünya
Zelenski ABŞ-da Əl Şaraa ilə nəyi müzakirə edib?

Ukrayna prezidenti Vladimir Zelenski və Suriya prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, görüşdə Ukrayna və Suriyaya qarşı təhlükəsizlik təhdidləri, eləcə də iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
“Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq”, - deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyannamə imzalanıb: “Biz bu mühüm addımdan məmnunuq və sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırıq”.
Roza

-
Sosial17:50
Əli Əsədov yeni qərarlar imzaladı
-
Dünya17:14
Rusiyanın davranışı Türkiyəni hərəkətə keçirdi: Bu ölkəyə görün nə göndərib
-
Magazin115:18
Emin Ağalarovun ABŞ-dakı evi - VİDEO
-
Magazin114:12
Məşhur azərbaycanlı müğənnini bir gün morqda saxladılar - VİDEO
-
Sosial12:46
İlqar Qasımovun qanunsuz tələbi sahibkarları narazı salıb: Monopoliya yaradılır?
-
İdman12:40
Ronaldonun Corcinası gözəlliyi ilə yenə göz qamaşdırdı - FOTOLAR
-
Magazin111:48
“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200-500 manata...
-
Sosial11:10
Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR