MDB
Kreml erməniləri Bakıya qarşı plana daxil etdi – Putinin Abramyana müraciəti
Kreml Rusiyadakı erməni diasporunu Azərbaycana qarşı təşkilatlandırır.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Rusiyada Azərbaycan diasporunun sıxışdırılması fonunda erməni diasporuna dəstəyin artırıldığını yazır.
Nəşr xatırladır ki, sentyabrın 7-də Rusiya Erməniləri İttifaqının 25 illik yubileyi Kremlin Qurultaylar sarayında keçirildi: “Tədbirdə iştirak edən Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini prezident Putinin təbrik məktubunu da oxudu. Bütün bunlara paralel olaraq, Rusiyadakı Azərbaycan icmasının nümayəndələri cinayət məsuliyyətinə cəlb edilir, yaxud vətəndaşlıqdan məhrum edilirlər. Bu, Rusiya hakimiyyətinin açıq mesajıdır: Moskvanın Bakı ilə münasibətləri gərgindir, lakin Ermənistan hakimiyyəti ilə də anlaşa bilmədikləri üçün Rusiyada yaşayan ermənilərə dəstəklə regional siyasətdə tarazlıq yaradırlar”.
Nəşr qeyd edir ki, əvvəllər bu cür situasiyalarda Rusiya birbaşa Ermənistan hakimiyyətinə dəstək verirdi: “Bu da rəsmi Bakı tərəfindən mənfi mesaj kimi qəbul olunurdu və qısa müddətdə pozulmuş balansı bərpa etməyə başlayırdılar ki, Rusiya Ermənistanın xeyrinə addım atmasın. İndi Rusiya birbaşa yox, üstüörtülü şəkildə Azərbaycana mesajlar göndərir. Azərbaycan icmasının iki lideri vətəndaşlıqdan çıxarılıb, çoxsaylı azərbaycanlıya qarşı cinayət işi açılıb, bəziləri həbs olunur. Bunun fonunda isə Rusiya Erməniləri İttifaqı və onun rəhbəri Ara Abramyana dəstək gücləndirilib”.
Rusiyanın azərbaycanlılara qarşı qeyri-humanist və qanuna zidd addımlar atdığı məlumdur. Ermənistan nəşrinin yazdıqlarından çıxan nəticə isə belədir ki, erməniləri dəstəkləyən Kreml onlardan Azərbaycana qarşı istifadə edir.
Asif
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış















.jpg)

.jpg)
















