Dünya
İranda Əhmədinejatı hakimiyyətə qaytarmaq istəyirlər
İranın radikal islamçı Ənsari-Hizbullah qrupunun şimal-qərb bölməsinin başçısı, təbrizli Höccətül-İslam Ruhullah Becani Əhmədinejadın hakimiyyətə dönməsini istədiklərini bəyan edib.
“Buraxın liberallar və islahatçılar bir müddət otlasınlar. Hizbullah zamanı gəldiyində liberallar və fitnəçilərin ayağını həmişəlik olaraq ölkədən kəsəcəkdir,” - Becani "Matin News" internet qəzetinə verdiyi müsahibəsində bildirib.
Yerli jurnalistlər Becaninin bu bəyanatını Ənsari-Hizbullahın Azərbaycan vilayətlərində fəallığını təkrar artırmaq istədiyinin əlaməti olaraq dəyərləndirirlər.
Ənsari-Hizbullaha yaxın media tərəfindən “Pantürkizmin kabusu” olaraq vəsf edilən Ruhullah Becani həmçinin güneyli fəallar, habelə Azərbaycan Respublikası və Türkiyəyə qarşı sərt çıxışları ilə məşhurdur.
Becani ötən illərdə İranın Azərbaycan Respublikası üçün proqram yayan Səhər TV kanalında dəfələrlə siyasi və dini şərhçi kimi çıxış edib.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq