Moldovadakı parlament seçkilərinin ilkin nəticələri açıqlandı
Bizi izləyin

Dünya

Moldovadakı parlament seçkilərinin ilkin nəticələri açıqlandı

Moldovada keçirilən parlament seçkilərində Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.

Publika.az xəbər verir ki, bu barədə respublikanın mərkəzi seçki komissiyası məlumat yayıb.

Protokolların 30%-nin emalından sonra elan olunan nəticələrə görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" isə 31,29% səs toplayıb.

Parlamentə həmçinin Avropayönümlü "Demokratiya evdədir" Partiyası (7,31%) və Belsı şəhərinin keçmiş meri Renato Usatının rəhbərlik etdiyi "Bizim Partiya" (6,67%) daxil olur. Avropayönümlü partiyalardan ibarət "Alternativ" bloku da seçki baryerini keçib (7,43%).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm