ABŞ
Lavrovun BMT-dəki mətbuat konfransını İT QORUDU - FOTO

Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT-də keçirdiyi mətbuat konfransını alman ovçarkası cinsindən olan bir it qoruyub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.
"Sergey Lavrovun BMT-dəki mətbuat konfransını arabir ümidverici səslər çıxaran it qoruyurdu", - Zaxarova yazıb.
Paylaşılan fotoda görünür ki, it operatorların yanında oturub və insanlara diqqətlə baxır.
Sentyabrın 27-də Lavrov BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında çıxış edib. O, nitqinə İkinci Dünya müharibəsinin dərslərini xatırladaraq başlayıb və vurğulayıb ki, bu dərslərə baxmayaraq, Qərb ölkələri dünyanı “özlərininki” və “başqaları” kimi bölməyə çalışırlar.
Lavrov, Rusiya nümayəndə heyətinin rəhbəri kimi, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində üç gün ərzində təxminən 40 görüş keçirib.
Hüseyn İbadlı


-
Magazin206:16
Brüs Uillisin 250 milyonluq mirası kimə qalacaq?
-
ABŞ03:43
Lavrovun BMT-dəki mətbuat konfransını İT QORUDU - FOTO
-
Elm və təhsil01:11
Ödənişli əsaslarla qəbul olan tələbələrə ŞAD XƏBƏR - VİDEO
-
Sosial00:15
"Yaxşı pul olacaq" demişdi, dostunun 100 minini batırdı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik anlar yaşaya bilərsiniz
-
Region27 Sentyabr 22:48
CHP-nin Qadın təşkilatının sədri ƏRİNİ BIÇAQLADI
-
Cənubi Qafqaz27 Sentyabr 22:36
Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı - VİDEO
-
ABŞ27 Sentyabr 21:24
Lavrovdan qərbə ŞOK HƏDƏ: "Elə şəxslər var ki..."