Dünya
Nə İsrail, nə də HƏMAS təsdiq edir: Trampın sülh planında nələr yer alıb?

“Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampın Qəzza üçün təklif etdiyi 21 bəndlik sülh planı ilə bağlı yazı dərc edib.
Publika.az xəbər verir ki, qəzetin iddiasına görə, sözügedən plan Fələstin dövlətinə yeni qapılar açır.
“Washington Post” həmçinin 21 bəndlik təklifin HƏMAS-ın tərksilah edilməsini, beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını və parçalanmış bölgənin yenidən qurulması üçün Trampın inkişaf planını ehtiva etdiyini vurğulayıb.
“Tramp administrasiyasının Qəzza müharibəsinə son qoymaq təklifi bütün hərbi əməliyyatların dərhal dayandırılması, döyüş xətlərinin dondurulması və 48 saat ərzində 20 canlı əsirin və öldüyü güman edilən 24-dən çox adamın meyitinin azad edilməsi ilə başlayır. Bir nüsxəsi əldə edilən 21 bəndlik plana əsasən, HƏMAS-ın bütün hücum aktivləri məhv ediləcək. Amnistiya dinc yaşamaq öhdəliyi götürən təşkilat üzvlərinə təklif olunacaq. Ölkəni tərk etməyi seçənlərə başqa ölkələrə təhlükəsiz keçid hüququ veriləcək”, - deyə nəşr yazıb.
Qeyd olunub ki, ABŞ rəsmilərinin keçən həftə BMT-də yüksək səviyyəli görüşlər zamanı müttəfiq hökumətlərlə bölüşdüyü planı nə İsrail, nə də HƏMAS hələ təsdiq etməyib. Gözlənilir ki, Trampın bazar ertəsi Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı onun qəbul edilməsi üçün təzyiq edəcək.
Məlumata görə, plan həmçinin Qəzzada ixtisaslı fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət müvəqqəti keçid administrasiyasını nəzərdə tutur. Bu administrasiya ABŞ tərəfindən qurulan yeni beynəlxalq təşkilat tərəfindən dəstəklənəcək və nəzarət ediləcək.
Tramp mətbuata açıqlamasında planın təkcə Qəzzadakı müharibəni sona çatdırmaq deyil, həm də regional sülh üçün daha geniş bir prosesi başlatmağı hədəflədiyini bildirib: "Əgər buna nail olsaq, İsrail və Yaxın Şərq üçün əla olacaq. Bu, Yaxın Şərqdə həqiqi sülh üçün ilk şansdır. Amma əvvəlcə razılaşmanı yekunlaşdırmalıyıq".
Roza

-
Sosial15:00
Cabir İmanovun ölümü anbaan lentə alınıb: Hadisə belə baş verib
-
Hadisə14:22
Cabir İmanov vəfat etdi - VİDEO
-
Sosial13:40
Əli Əsədov qərar imzaladı
-
MDB13:34
Pensiyaçılara xəbərdarlıq edildi: Yanvarın 1-də sürpriz gözlənilir
-
Magazin212:34
Kardaşyan çılpaq gəzsəydi: Küçədən FOTOLAR
-
Sosial11:46
Qiymət artımı bu avtobuslara şamil edilməyəcək
-
Avropa11:25
Böyük Britaniyada uşaq bağçalarına kütləvi hücum: 8 min uşaq təhlükədədir
-
İqtisadi gündəm10:43
Sosial müdafiə xərcləri rekord həddə yüksəldi - Səbəb nədir?