Peresdən Netanyahunun həbsinə çağırış
Bizi izləyin

Dünya

Peresdən Netanyahunun həbsinə çağırış

Argentinalı Nobel Sülh Mükafatı laureatlı Adolfo Peres Eskivel və insan haqları təşkilatları İsrailin baş naziri Binyamin Netanyahunun soyqırım və müharibə cinayətlərinə görə həbs edilməsini tələb ediblər.

Publika.az xəbər verir ki, 93 yaşlı Peres İsrailin hücumları nəticəsində 20 min uşağın həyatını itirdiyini və qəzzalıların İsrail əsgərləri tərəfindən qəsdən hədəf alındığını bildirib.

O, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıdığını və onun qərarlarını yerinə yetirməyə borclu olduğunu vurğulayıb.

Peres Netanyahunu ölkəyə dəvət etdiyi üçün prezident Xavyer Miley hökumətini tənqid edib "Netanyahu prezident Mileyin dəvəti ilə bura gəlmək istəyir. Əgər o gəlsə, təbii ki, reaksiya verəcəyik və ümid edirik ki, ölkəyə gəlməyəcək. Argentina hökuməti Netanyahunun səfəri zamanı BCM qərarlarını yerinə yetirməyəcəyini açıqlayıb. Lakin BCM-nin bu məsələdə mövqeyi artıq bəllidir”.

Avropa ölkələrinin Fələstinlə bağlı siyasətlərinə də toxunan Peres Fransa prezidenti Emmanuel Makronun Argentinaya səfəri zamanı onunla görüşdüyünü bildirib. O vurğulayıb ki, İsrail tarixən heç vaxt Fələstin dövlətinin yaradılmasına can atmayıb:

"Buna görə də onlar Fələstin dövlətinin yaradılmasının qarşısını almağa çalışırlar və tədricən torpaqlarını əlindən alırlar. Bu gün BMT ABŞ-ın tətbiq etdiyi qaydalarla xeyli zəifləyib. BMT-də mütləq islahatlar aparılmalıdır”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm