Dünya
Putin Medvedevi çıxarmasa...
Rusiyanın ən tanınmış siyasətçilərindən biri olan Sergey Baburin
yenidənqurma dövrünün populyar simalarındandır.
1990-cı ildən etibarən Rusiyanın siyasi elitasında özünəməxsus yeri
və rolu olan, uzun müddət Dövlət Duması sədrinin müavini
vəzifəsində çalışan S.Baburin virtualaz.org saytının müxbirinin
suallarını cavablandırıb.
-Bu gün Rusiyada nə baş verir?
-Rusiya iqtisadiyyatının indiki ağlamalı vəziyyəti dövlətin 20 il
ərzində yürütdüyü antixalq siyasətinin birbaşa nəticəsidir.
Oliqarxik iqtisadiyyat, sosial layihələrin rədd edilməsi,
inflyasiya - bütün bunlar Rusiya iqtisadiyyatı üçün ağır nəticələr
verib. Bunlar Rusiya iqtisadi sisteminin, Medvedyev hökumətinin və
başda Nabiullina olmaqla Mərkəzi Bank rəhbərliyinin iflasa
uğradığını da sübuta yetirir. Yeri gəlmişkən, Putin mətbuat
konfransında dedi ki, Rusiyadakı inflyasiyaya görə təkcə Nabiullina
məsuliyyət daşımır. Əgər prezident ilin sonuna qədər inqilabi kadr
dəyişiklikləri etsə, buna təəccüblənmərəm. Bundan əlavə, mən belə
hesab edirəm ki, əgər Putin baş nazir Medvedyevi və Nabiullinanı
yaxın vaxtlarda işdən çıxarmasa, onda öz istefası barədə düşünməli
olacaq.
-Bu böhran nədən başladı? Krımdan?
-Krımın məsələyə dəxli yoxdur. Bu böhran Rusiyanın üstünə çoxdan
gəlirdi. Hələ Krımdan və neftin ucuzlaşmasından da əvvəl Rusiyada
yük daşımalarının həcmi 50 faiz azalmışdı. Bu, nəyi göstərir? Öncə
onu göstərir ki, Rusiyada iqtisadi proseslər sanksiyalarsız və
Krımsız da zəifləmişdi. Rusiyada təşəkkül tapan oliqarxik
kapitalizm uzun müddətdir dəyişmir. Bəzi oliqarxlar getsə də yerinə
təzələri gəlib. Mahiyyət dəyişməyib yəni. İqtisadi böhran böyük
ölçüdə oliqarxlar tərəfindən yetişdirilib. Onlar pulları Rusiyadan
sürətlə çıxarırdılar. Üstəlik, neftdən böyük pullar əldə edən
hökumət ölkəni neft iynəsindən qurtara bilmədi.
-Putinin istefasını da istisna etmədiniz. Nəyə əsasən belə
deyirsiniz?
-Bir maraqlı detalı deyim. Medvedyevin adamları son vaxtlar
Moskvada yaman fəallaşıb. Medvedyevin mütləq həll etməli olduğu
məsələ aydındır. Ya Putin komandasını dəyişməlidir, ya da
Medvedyevin komandası Putini devirəcək. Burada üçüncü yol yoxdur.
Bu vəziyyət nə qədər belə davam etsə, Putinin öz prezidentlik
müddətini uğurla başa vurmaq şansları da bir o qədər azalacaq.
-Putin mətbuat konfransında Qərbi ittiham edib dedi ki,
qərblilər rus ayısını zəncirə vurmağa çalışırlar. Bu fikirlə
razısınızmı?
-Qərbin Russiyanı cəzalandırmaq istəməsinə şübhə yoxdur. Amma
Obamanın iradları mənə çatmır. Putin bütün addımlarını nəyə görə
ABŞ-la razılaşdırmalıdır axı?! Rusiya 52-ci ştatdır bəyəm?! Rusiya
öz maraqlarını əsas götürərək siyasət yürüdür. ABŞ-ın tətbiq etdiyi
sanksiyaların heç bir beynəlxalq qüvvəsi yoxdur. Sanksiyaları
yalnız BMT tətbiq edə bilər. ABŞ qaydaları pozur.
Amerikalılar hələ Qorbaçov dövründən Rusiyanın onların maraqlarına
xidmət etməsinə vərdiş ediblər. Putin isə sadəcə müstəqil olduğunu
göstərən kimi sanksiyalar başladı. Allaha şükür ki, Rusiya indi öz
maraqlarına uyğun olan beynəlxalq münasibətlər sisteminə
qayıdır.
-Amma Rusiya belə siyasətlə təkcə düşmən qazanmır, həm də
müttəfiqlərini itirir. Hətta Lukaşenko da Rusiyadan üz
döndərdi...
-Yox, Lukaşenko üz döndərməyib. Lukaşenko sadəcə öz ölkəsini
Rusiyadan yox, Medvedyevin liberal hökumətindən uzaqlaşdırmaq
istəyir. O, Nabiullinanın rublun başına açdığı oyndan uzaq qalmağa
çalışır. Düzdür, mən Lukaşenkonun çılğınlığına arada
təəssüflənirəm. Amma başa düşürəm ki, o, Belarusu Rusiyada baş alıb
gedən dərəbəylikdən qorumalıdır.
-Rusiya ilə Ukrayna arasında böyük müharibə ehtimalı nə
dərəcədə realdır?
-Qərb bu iki ölkəni çoxdan bəri müharibəyə təhrik etsə də məncə,
müharibə olmayacaq. Müharibə nə rus, nə də Ukrayna xalqının
maraqlarına uyğun deyil. Ərəb və cənubi slavyan sivilizasiyalarını
darmadağın edən Qərb indi də Şərqi Avropaya girişib. Biz Qərbin
fitvasına gedib bir-birimizi qıra bilmərik. Əgər Ukrayna
hakimiyyəti Donbasa müharibə üçün girsə, onda Donetsk və Luqansk
Xalq respublikalarının tanınması məsələsi ciddi şəkildə
qolyulacaq.
-Sizcə, bu geosiyasi savaşdan kim qalib
çıxacaq?
-Kim daha ağıllı olsa - o. Məncə, əgər Putin hökuməti dəyişsə, onun
bu savaşdan qalib çıxmaq şansları daha böyük olacaq.
-Bəs Medvedyevdən sonra hökumətə kim rəhbərlik edə
bilər?
-Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey İvanov. Yaxud Sergey
Stepaşin və ya Sergey Qlazyev. Onlar Rusiya iqtisadiyyatını
böhrandan çıxarmağa qadir adamlardır.
-Bəs Rusiyada inqilabı mümkün sayırsınızmı?
-Təəssüf ki, rus xalqını artıq uzun illərdir inqilaba
sürükləyirlər. Xalq buna inadla müqavimət göstərir. Amma sonsuza
qədər müqavimət göstərmək də mümkün deyil.
-Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətini necə
qiymətləndirirsiniz?
-Qərb bütün postsovet məkanındakı vəziyyəti qarışdırmaqda, suyu
bulandırmaqda davam edəcək. Əmin olun ki, Qarabağa dair istənilən
qərar Qərb tərəfindən süngü ilə qarşılanacaq. Qarabağ məsələsi
Qərbə Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi çox lazımdır.
ABŞ-ın Azərbaycanı Rusiyadan qoparmaq istiqamətində hansısa
nəticəyə nail olması da real məsələdir. Bununla belə ümidimi
itirmirəm. Əminəm ki, iki ölkə arasındakı mehriban qonşuluq
siyasəti qorunub saxlanacaq.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi