Dünya
Baltikyanı ölkələrin təxliyə planı hazırdır: Rusiya hücum edərsə...

Bu həftə Litvada təxminən 100 nəfərin iştirakı ilə mülki şəxslərin evakuasiyası təlimi keçirilib.
Publika.az xəbər verir ki, prosesi izləyən "Reuters" bildirib ki, səlahiyyətlilərin daha çox sayda insan üçün planları var.
Litvanın yanğınsöndürmə rəisi Renatas Pozela Rusiyanın təcavüzü halında Litvanın Rusiya və Belarusla sərhədlərinin 25 kilometr radiusunda yaşayan təxminən 400 min insanın təxliyə edilməsinin planlaşdırıldığını açıqlayıb.
Estoniya hakimiyyəti isə fövqəladə vəziyyətdə ölkə əhalisinin 10%-ni, o cümlədən sərhəddə yerləşən Narva şəhərinin əksər sakinlərini köçürmək planı hazırlayır.
Latviyada isə Rusiyanın təcavüzü halında 1,9 milyon sakinin üçdə birinin evlərini tərk edəcəyi proqnozlaşdırılır.
Qeyd edilir ki, Baltikyanı ölkələrin heç birinin əhalisini öz sərhədlərindən kənara çıxarmaq üçün müfəssəl planı yoxdur.
Adəm
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı