Dünya
"Onlar hakimiyyətə gəlsə, İsrailə köçəcəyəm"
Almaniyanın təhsil və ailə naziri Karin Prien ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası hakimiyyətə gələrsə, ölkəni tərk edəcəyini açıqlayıb.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, Xristian Demokratlar İttifaqının (CDU) üzvü Prien AfD-nin müdafiə etdiyi dəyərlərin liberal və demokratik cəmiyyətə uyğun olmadığını iddia edib.
"AfD-nin idarə etdiyi Almaniyada yaşamaq istəməzdim. Belə bir vəziyyətdə ölkəni tərk edərdim”, - deyə o söyləyib.
Prien partiyanın ritorikasının təkcə mühacirlər üçün deyil, həm də azlıq qrupları və demokratik dəyərlər üçün təhlükə yaratdığını bildirib.
Yəhudi əsilli nazir Prien Almaniyanı tərk edəcəyi təqdirdə İsrailə gedəcəyini deyib. O, İsrailin dünyadakı bütün yəhudilər üçün ən yaxşı qaçış yolu olaraq qaldığını və İsrail dövlətinin məhz buna görə qurulduğunu qeyd edib.
Roza
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!






























.jpg)




