Maraq dünyası
Dünyada ilk smartfon Azərbaycanın bu filmi əsasında hazırlanıb: Maraqlı FAKT - VİDEO
Siz heç bilirsiniz ilk “smartfonlar” harada meydana çıxıb? Bəlkə də sizə qəribə gələr, amma mən gördüklərimə istinadən israrla deyə bilərəm ki, ilk “smartfonlar” məhz bizim ölkədə - Azərbaycanda meydana gəlib.
İnanmırsınız?! Gəlin sübutlarla sizi inandırım.
Yəqin Azərbaycan kinosu olan “Əhməd haradadır?” bədii filmi yadınızdadır və çoxunuz dəfələrlə izləmisiniz.
Hə, indi keçək əsas məsələyə. Bax mən məhz orda gördüklərimə əsasən belə bir qənaətə gəlmişəm ki, ilk “smartfonlar” Azərbaycanda yaranıb. Deməli, ilk “smartfon”un ilk görüntüləri Sabit Rəhmanın ssenarisi əsasında 1963-cü ildə rejissor Adil İsgəndərovun çəkdiyi “Əhməd haradadır?” bədi filmində üzə çıxıb.
Yadınızdadırsa, filmdə belə bir epizod var: Nərgiz xala (Nəcibə Məlikova) oğlu Əhmədin arxasınca rayondan Bakıya gedərkən qızı Ceyranla (Nonna Paçuaşvili) birlikdə məcburən bir yük maşınına minməli olur. Necə olursa-olsun oğlu Əhmədi tapıb rayona qaytarmalı idi. Təsadüfən yük maşınının sürücüsünün də adı Əhməd olur. Bu şofer Əhməd (Elxan Qasımov) Nərgiz xalanın qızından gözünü çəkmir ki, çəkmir. Haradasa görüb deyə fikirləşir. Şoferin gözünü qızından çəkmədiyini görən Nərgiz xala Ceyranı maşının yük yerinə çıxmağa məcbur edir. Bu zaman da şofer Əhməd “maşın xarab olub” deyə inad edir. “Sən hələ Nərgiz xalanı tanımırsan!”, - deyən Nərgiz xala maşını özü sürür. Şofer Əhməd isə piyada maşının arxasınca böyük bir məsafə qaçır. Yetişəndə isə maşının həqiqətən xarab olduğu məlum olur. Əhməd maşını düzəltmək üçün mühərrikxananı açır. Hə, bax elə dediyim məsələ də burda baş verir. Yəni ilk “smartfon” məsələsi...
Şofer Əhməd mühərrikin bir elementini açıb ona baxanda müasir “ağıllı telefon”ların ekranına oxşayan o cihazda, - təbii ki, rejissorun təxəyyülü ilə - Ceyranın hərəkətli əksini görür və hər şeyi xatırlayır. Hə, indi anladınız bayaqdan nəyi nəzərdə tuturdum?! İlk “smartfon” görüntüsünü. İnanmayanlar həmin epizoda görüntü şəklində baxsın:
İndi inandınız?! Deməli, bizdə “smartfon” cihazları dünyanın tanıdığı smartfonlardan 29 il öncə meydana çıxıb.
Təbii ki, bura qədər sizinlə şirin bir zarafat elədim. Əslində isə...
Dünyada ilk smartfon, yəni smart telefon, 1992-ci ildə IBM tərəfindən yaradılan və 1994-cü ildə satışa çıxarılan “IBM Simon” hesab olunur. Bu cihaz öz sensorlu ekranı və tətbiqləri ilə "ağıllı telefon" konsepsiyasının əsasını qoyub, hərçənd "smartfon" termini 1995-ci ildən sonra işlədilməyə başlanıb.
Bu, o vaxt üçün yenilik idi və müasir smartfonların ayrılmaz hissəsinə çevrildi.
Telefonun bir sıra proqramları mövcud idi, bu da onu digər mobil cihazlardan fərqləndirirdi. Bu cihazı satış üçün nəzərdə tutulmuşdu ki, bu da onu real tətbiq olunan ilk smartfon edir.
Qeyd edək ki, "Smartfon" termini sonradan ortaya çıxmış olsa da, “IBM Simon”un qeyd olunan özəllikləri bu cihazı ilk "ağıllı telefon" kimi tanıtdı.
Yuxarıdakı qeyri-ciddi və ciddi məlumatdan sonra, mən yenə də belə bir şəxsi fikir bildirmək istəyirəm. Nə bilmək olar, xarici olsa da, bəlkə istehsalçı ilk “smartfon”un eskizini “Əhməd haradadır?” filmindəki həmin o epizoddan əldə edib.
Adəm Abbaslı

-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI









.jpg)

























