Dünya
Pakistanda nəhəng “şeytan” balığı tutuldu
Pakistanlı balıqçı Ravi çayında çəkisi 92 kiloqrama çatan nəhəng “şeytan” balığını tutub.
Publika.az xəbər verir ki, bu barədə "24NewsHD" telekanalı məlumat yayıb.
Rekord ölçülü balıq Çandiyali yaşayış məntəqəsi yaxınlığında tutulub. Məlumata görə, balıqçı uzunmüddətli leysan yağışları nəticəsində çayın daşması səbəbindən güclü sel axınlarını aşmalı olub.
Balıqçının sözlərinə görə, bu qədər böyük balıq tutmaq onun həyatında ilk böyük uğur olub və nəticədən tam razı qalıb. "Goonch" adı ilə tanınan bu nəhəng “şeytan” balıqları Hindistan, Pakistan, Nepal və Banqladeşin su hövzələrində yaşayır. Onlar iki metrə qədər böyüyə bilir və əsasən xərçəngkimilər və xırda balıqlarla qidalanırlar.
Bu yırtıcıların insanlara hücum etməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar da mövcuddur. 1998-ci ildə Hindistanda iri bir balıq iki nəfəri suya çəkib, 2007-ci ildə isə oxşar hadisə Nepalda baş verib. Hər üç hadisə təxminən 90 kiloqramlıq insan yeyən balığın aktivliyi ilə əlaqələndirilir.
Hüseyn İbadlı
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi






























.jpg)



