Sərnişin təyyarəsi avtomobillə toqquşdu - Ölən və yaralanan var
Bizi izləyin

Dünya

Sərnişin təyyarəsi avtomobillə toqquşdu - Ölən və yaralanan var

"Boeing 777" tipli yük təyyarəsi Honqkonq beynəlxalq hava limanında eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb, nəticədə bir nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə bazar ertəsi səhər saatlarında Dubaydan gələn reysin enişi zamanı baş verib. Təyyarə içərisində iki nəfərin olduğu nəqliyyat vasitəsini suya itələyib.

Onlardan biri həlak olub, digəri isə vəziyyəti məlum olmayan halda xəstəxanaya çatdırılıb. Təyyarənin dörd ekipaj üzvü xəsarət almayıb.

Hadisənin səbəblərinin araşdırılması üçün hava limanının şimal uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm