Yaxın Şərq
İsrail Qəzzada atəşkəsi bərpa etdi
İsrail, Fələstin HƏMAS hərəkatı tərəfindən atəşkəsin pozulmasına cavab olaraq Qəzzaya bir neçə zərbə endirdikdən sonra atəşkəs rejiminə riayət etməyə yenidən başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) öz "Telegram" kanalında məlumat yayıb.
“Siyasi rəhbərliyin direktivinə uyğun olaraq və HƏMAS tərəfindən baş verən pozuntulara cavab olaraq həyata keçirilən bir sıra ciddi zərbələrdən sonra IDF atəşkəs rejiminin yenidən təmin edilməsinə başlayıb,” – deyə paylaşımda bildirilir.
Qeyd olunub ki, İsrail ordusu razılaşmanı dəstəkləməyə davam edəcək və onun hər hansı pozulmasına qətiyyətlə cavab verəcək.
Bundan əvvəl bildirilmişdi ki, İsrail ordusu bazar günü Qəzza sektorunda daha əvvəl bombalanmayan, girovların olduğu bölgələrə zərbələr endirib.
Oktyabrın 19-da IDF HƏMAS qruplaşmasının Qəzzanın cənubundakı obyektlərinə atəşkəsin pozulmasına cavab olaraq bir sıra hücumlar həyata keçirib.
İsrail ordusu həmçinin Qəzza sektorunun Rəfah şəhərindəki bir bölgəyə hava zərbələri endirdiyini açıqlayıb. Bu, terrorçuların tank əleyhinə raket atması və odlu silahlarla İsrail qüvvələrinə atəş açmasına cavab olaraq baş verib.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

























.jpg)









