Dünya
500 milyon dollar oğurlayan məşhur bloger və həyat yoldaşı bu ölkədə öldürülüb
Birləşmiş Ərəb Əmirliklərində məşhur kriptovalyuta fırıldaqçısı Roman Novak və onun həyat yoldaşı Anna öldürülüb.
Publika.az xəbər verir ki, “Moskovski Komsomolets” yazır ki, cütlüyün Rusiyadakı qohumları ilə əlaqə təxminən bir ay əvvəl kəsilib.
Cinayətkarların pul tələb etmək məqsədilə onları qaçırdıqları, lakin istədiklərini əldə edə bilmədikləri üçün “onları öldürərək qurtulduğu” iddia edilir.
Qurbanların mobil cihazları yoxa çıxdıqdan iki gün sonra Hatta və Oman bölgələrində, daha sonra Cənubi Afrikanın Keyptaun şəhərində qeydə alınıb, bundan sonra əlaqə kəsilib.
Öldürülən qadının atası azyaşlı nəvələrini götürmək üçün təcili olaraq Dubaya uçub. Hüquq-mühafizə orqanlarının fəal iştirakı ilə cinayətin üstü açılıb. Rusiya vətəndaşı olan bütün şübhəlilər artıq həbs ediliblər və tezliklə Sankt-Peterburqa aparılacaqlar.
Onların yaxınları istintaq davam etdiyi üçün ictimaiyyətə açıqlama verməkdən çəkinirlər.
Rusiya mətbuatı iddia edir ki, Roman Novak investorları 500 milyon dollar aldadaraq Cənubi Afrikada gizlənirmiş. Qurbanlar arasında Çin və Yaxın Şərqdən olan iş adamları, həmçinin Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları və Dövlət Dumasının deputatı da var.
O, investorları böyük İT şirkətləri ilə ortaq olmağa inandıraraq onlardan pul yığıb.
Tural
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































