Region
Asiya nəhəngi İranla gizli danışıqlar aparır
Pakistan ABŞ və İran arasında vasitəçi rolunu üzərinə götürməyə hazırlaşdığı bir vaxtda, arxa planda Tokio vasitəsilə daha səssiz bir diplomatik kanal fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bu barədə iki insayder "Axel Springer Global Reporters Network"a məlumat verib.
Bildirilib ki, Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi və onun iranlı həmkarı Abbas Əraqçi müharibə başlayandan bəri ən azı iki dəfə danışıqlar aparıblar.
Mənbələrin bildirdiyinə görə, İran-Yaponiya danışıqları Tehranla birbaşa ünsiyyəti təmin edir ki, bu da ictimaiyyətə yönəlmiş kəskin hərbi ritorikanın səs-küyündə itib batmır.
Yaponiya hökumətinin nümayəndəsi "Global Reporters Network"ə bildirib:
"Biz İrana təkcə Yaponiyanın deyil, bütün dünyanın narahatlığını çatdırmağa çalışırıq; bu, enerji təhlükəsizliyi məsələsidir".
"Bild" qəzeti yazıb ki, Yaponiya idxal etdiyi neftin 90%-ni hazırda İran tərəfindən bağlanmış Hörmüz boğazı vasitəsilə alır və gəmilərin sərbəst hərəkətinin bərpasını istəyir. ABŞ Prezidenti Donald Tramp ilə yaxşı münasibətlər qurmuş Baş nazir Sanae Takaiti bu yaxınlarda bəyan edib ki, "münasib vaxtda" İran rəhbərliyi ilə yüksək səviyyəli danışıqların keçirilməsi imkanlarını müzakirə edəcək.
Tokio onilliklər boyu davam edən enerji əməkdaşlığı və siyasi əlaqələr sayəsində Tehranla münasibətlərdə uzun müddətdir ehtiyatlı yanaşma nümayiş etdirir. Yaponiya şirkətləri 1970-ci illərdə İranın neft sənayesi infrastrukturunun inkişafına kömək ediblər. İranın xarici işlər naziri Əraqçi 2008-2011-ci illərdə, o cümlədən 2011-ci il zəlzələsi zamanı İranın Yaponiyadakı səfiri olub. O, Tokiodakı səfirliyin fəaliyyətinə rəhbərlik edib və zərərçəkmiş bölgələrə yardım təşkil edib. Əraqçi yaponiyalı həmkarı ilə əlaqə kanallarını qoruyub saxlayıb və Yaponiya mediasına müsahibələr verib.
"Kyodo News"a verdiyi müsahibədə o, Yaponiyanın müharibənin dayandırılmasında "konstruktiv rol" oynayacağına ümid etdiyini bildirib.
Bununla belə, hazırda danışıqların çərçivəsi kifayət qədər məhduddur. ABŞ, İsrail və İran arasındakı uçurum dərindir və Trampın dəfələrlə qeyd etdiyi "böyük irəliləyiş"dən hələ ki, əsər-əlamət yoxdur. ABŞ regiondakı hərbi mövcudluğunu gücləndirməyə davam edir, Hörmüz boğazı isə əvvəlki kimi bağlı qalır.
Hüseyn İbadlı
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan




































