ABŞ
Tramp bu ölkənin baş nazirini rüsvay etdi
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri kəskin tənqid edib. Trampın qəzəbinə səbəb Londonun İrana qarşı hərbi əməliyyatda iştirakdan imtina etməsi olub.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “The Telegraph” qəzetinə müsahibəsində danışıb.
Tramp Britaniya hərbi dəniz qüvvələrinin acınacaqlı vəziyyətdə olduğunu vurğulayaraq Starmeri ələ salıb: “Sizin heç donanmanız da yoxdur. O, çox köhnədir, aviadaşıyıcılarınız isə ümumiyyətlə işləmir”.
Britaniyanın müdafiə xərclərini artırıb-artırmamalı olduğu barədə suala cavab verən Tramp, Londonun prioritetlərini sərt şəkildə tənqid edib:
“Mən ona nə edəcəyini deməyəcəyəm. İstədiyini edə bilər, bunun heç bir əhəmiyyəti yoxdur. Starmerin tək istədiyi enerji qiymətlərini göyə qaldıran bahalı külək turbinləridir”.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl də NATO-dakı avropalı müttəfiqlərini Hörmüz boğazının açılmasında ABŞ-a kömək etməməkdə ittiham etmiş və Ukrayna nümunəsini çəkmişdi.
Müəllif: Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
