ABŞ
ABŞ-la Avropa arasında "İran səddi" - Belə siyasət davam edərsə....
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar Qərb blokunda dərin çatlaqlar yaradıb. Vaşinqtonla Avropa paytaxtları arasındakı gərginlik NATO-nun gələcəyini sual altına qoyur.
Publika.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" portalı Kuinsi İnstitutunun analitiki Anatol Livenin məqaləsinə istinadən məlumat yayıb.
Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Trampın hərbi kampaniyadan uzaq duran avropalı tərəfdaşlarını sərt tənqid etməsi alyans daxilindəki böhranın görünən tərəfidir. NATO-da əvvəllər də daxili ixtilaflar yaşasa da, hazırkı vəziyyət daha kəskin xarakter daşıyır.
Analitik Avropa daxilindəki parçalanmaya misal olaraq İspaniyanın mövqeyini göstərib. Rəsmi Madrid İranın vurulmasında iştirak edən təyyarələr üçün hava məkanını bağlayıb və hərbi bazalarından istifadəyə icazə verməyib. Bu addım Vaşinqtonda ciddi narazılıqla qarşılanıb.
Liven hesab edir ki, münaqişə uzandıqca və Avropada enerji riskləri artdıqca, alyans daxilindəki qütbləşmə daha da dərinləşəcək. ABŞ-dan tam təhlükəsizlik zəmanəti ala bilməyən Avropa ölkələri öz başlarının çarəsinə baxmağa məcbur ola bilərlər. Hətta bəzi dövlətlərin İranla müstəqil şəkildə anlaşmaya gedəcəyi də istisna edilmir.
Məqalədə qeyd olunur ki, ABŞ-ın Avropanın maraqlarına toxunan siyasəti davam edərsə, bu, NATO-nun rolunun yenidən nəzərdən keçirilməsinə və Vaşinqtonla münasibətlərin tamamilə korlanmasına yol aça bilər.
Adəm
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir











.jpg)




.jpg)

















