Dünya
İstintaq başa çatdı: İmamoğlu və adamlarını hansı cəza gözləyir?
İstanbul Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqını 230 gündən sonra başa çatdırıb.
Publika.az xəbər verir ki, təxminən 4 min səhifəlik ittihamnamə son təsdiqdən sonra yaxın günlərdə məhkəməyə təqdim ediləcək.
İBB keçmiş sədri Əkrəm İmamoğlunun ilk sırada yer aldığı ittihamnamədə şübhəlilərin ümumi sayı 400-ü keçib.
İmamoğlunun yaxın adamları arasında İBB sözçüsü Murat Ongun, İmamoğlu Tikinti şirkətinin baş direktoru Tuncay Yılmaz, İBB İdman Klubunun prezidenti Fatih Keleş, İBB Tərəfdaşlıq Komissiyasının sədri Ertan Yıldız, İmamoğlunun vəkili Mehmet Pehlivan kimi şəxslərin adları var.
Qeyd edək ki, şübhəlilər "cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək", "cinayətkar təşkilata üzvlük", "hədə-qorxu ilə tələb etmək", "rüşvətxorluq", "ağır dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tender saxtakarlığı" da daxil olmaqla onlarla ayrı-ayrı cinayətdə ittiham olunacaqlar.
Bununla yanaşı, İmamoğlunun rəhbərlik etdiyi təşkilatın bir çox tanınmış iş adamını necə şantaj etdiyi də açıqlanacaq.
Roza
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı




































