Dünya
Rusiya təyyarəsini qaçırmağa çalışdılar - 3 milyon dollarlıq təklif
Ukrayna və Britaniya casusları Rusiya pilotlarına 3 milyon dollar təklif edərək "Kinzhal" raketi ilə silahlanmış “MiQ-31” təyyarəsini oğurlamağa çalışıblar.
Publika.az xəbər verir ki, bu bardə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bəyanat yayıb.
Bildirilir ki, Ukrayna və Böyük Britaniya qaçırılan təyyarədən istifadə edərək genişmiqyaslı təxribat planlaşdırır və Ukrayna hərbi kəşfiyyatı qırıcı təyyarəni oğurlamaq üçün rus pilotlarını cəlb etməyə çalışır.
"Ukrayna və Britaniya kəşfiyyat xidmətlərinə qarşı tədbirlər görülüb", - deyə FSB qeyd edib.
Rusiya dövlət televiziyası həmçinin hər iki ölkənin kəşfiyyat xidmətlərində çalışan şəxsin fotolarını və mesajlarını paylaşıb. Bildirilib ki, ona vətəndaşlıq və "MİQ" təyyarəsini Avropaya qaçırmaq üçün 3 milyon dollar təklif edilib.
Qeyd edək ki, Rusiyanın hipersəsli “Kinzhal” raketi çox yüksək sürətə qadirdir. Manevr qabiliyyəti hava hücumundan müdafiə sistemlərinin onu izləməsini və ələ keçirməsini çətinləşdirir.
Roza
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktuba yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı


































