Dünya
İki yüz pişik kriptovalyuta fermasını ƏLƏ KEÇİRDİ
Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki kriptovalyuta fermasının sahibi qeyri-adi problemlə üzləşib. Mədənçilik müəssisəsində təxminən 200 sahibsiz pişik məskunlaşıb və onları işləyən qrafik kartların istiliyi cəlb edib.
Publika.az xəbər verir ki, bu barədə "StoryTime" adlı Facebook səhifəsi məlumat yayıb.
Fermanın sahibi heyvanları qovmayıb, əksinə onlar üçün isti yataqlı ayrıca otaq təşkil edib. Lakin bu qərar ciddi maliyyə itkilərinə səbəb olub.
“Bu, şirin və təsirli görünür, amma həmin ‘yataqlar’ bizə milyonlarla dollara başa gəldi”, - deyə fermanın əməkdaşlarından biri bildirib.
Məlum olub ki, pişiklər həm kriptovalyuta mayninqi üçün istifadə olunan, həm də istilik mənbəyi kimi çıxış edən videokartları çox bəyəniblər. Heyvanlar üçün xüsusi şərait yaradılmasına baxmayaraq, onların varlığı avadanlığın məhsuldarlığının azalmasına gətirib çıxarıb.
Hüseyn İbadlı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı




































