Avtomobil bazara girdi - Ölənlər və yaralananlar var
Bizi izləyin

Dünya

Avtomobil bazara girdi - Ölənlər və yaralananlar var

Cənubi Koreyanın Gyeonggi əyalətinin Bucheon şəhərində avtomobilin bazara girməsi nəticəsində faciə baş verib.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

Məlumata görə, avtomobili idarə edən sürücü alkotester yoxlamasından keçib və sərxoş olmadığı müəyyən edilib.

Rəsmilər qəzanın səbəblərini araşdırmaq üçün istintaqın davam etdiyini bildiriblər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm