Dünya
“Bizə güclü ordu lazımdır” - Almaniya məcburi hərbi xidmətə keçir?
Almaniya prezidenti Frank-Valter Ştaynmayer məcburi hərbi xidməti dəstəklədiyini bildirib.
Publika.az xəbər verir ki, Ştaynmayer Federal Ordunun qurulmasının 70-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edib.
"Müdafiə qabiliyyətimizi artırmaq üçün ordumuzun indi daha çox əsgərə ehtiyacı var. Məncə, uzun müddətli perspektivdə ən ədalətli həll, bəzilərinin orduda, bəzilərinin isə sosial xidmətdə çalışacağı, hər kəs üçün məcburi xidmət dövrü olacaqdır", - Almaniya prezidenti qeyd edib.
Ştaynmayer həmçinin yeni hərbi xidmət qanunu hazırlıqları həyata keçirdiklərini bildirib:
"Ukrayna müharibəsi həm də Avropa sülh nizamına hücumdur. Biz avropalılar, xüsusən də almanlar, hərbi müdafiə qabiliyyətlərimizi gücləndirməliyik və bunun üçün güclü və yaxşı təchiz olunmuş orduya ehtiyacımız var".
Roza
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə14 Mart 20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto
-
Magazin114 Mart 20:24Məşhur aktyorun sevgilisi yataqda pozalar verdi - Foto
































