Sosial
Kəmaləddin Heydərov İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrailin Azərbaycandakı səfiri Ronen Krausz ilə görüşüb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kəmaləddin Heydərov Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin daim genişləndiyini xatırladıb. Bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə ətraflı məlumat verən K.Heydərov, qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.
Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Səfir R.Krausz fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO




































