Magazin1
"Atam dedi ki, hansısa kişinin çənəsinə, dodağına baxsan..." - Zarina
Tanınmış meyxanaçı Zarina Buzovnalı maraqlı açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, atasının sənətə başlamazdan əvvəl qoyduğu şərti açıqlayıb.
Söz ustası atasının sənətə qədəm qoyarkən ona dediyi və illər sonra mənasını dərk etdiyi şərtdən danışıb.
O bildirib ki, atası ona kişi məclislərində davranışı ilə bağlı ciddi xəbərdarlıq edib:
"Atam demişdi ki, nə vaxtsa hansısa məclisdə bir kişinin çənəsinə, dodağına baxsan, haqqımı sənə halal etmərəm. O vaxt bu sözlərin mənasını tam anlamırdım."
Zarina illər sonra mərhum meyxanaçı Vüqar Biləcəri ilə söhbəti zamanı həmin nəsihətin dərin mənasını anladığını deyib:
"Vüqardan soruşanda dedi ki, yəni heç bir kişinin qarşısında başını aşağı salma, gözün kölgəli olmasın".
Meyxanaçı əlavə edib ki, qadın kimi hər zaman incə davranmağa çalışsa da, şərəfini və prinsiplərini heç vaxt güzəştə getməyib:
"Mən Allahın yaratdığı qadınam, əqidəm, atamın verdiyi adım və namusum var. Bunları kənara atsam, mən kim olaram?"
Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirə yaradıb və bir çox izləyicilər tərəfindən təqdirlə qarşılanıb.
(Milli.az)
-
Nida Xəbər 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır






.jpg)











.jpg)

















