Dünya
ABŞ və Ukraynanın yeni 19 maddəlik planı: Bu tələblər çıxarıldı
Donald Tramp administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün nəzərdə tutduğu planın müddəaları 28-dən 19-a endirilib.
Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dəyişikliklər noyabrın 23-də Cenevrə görüşü çərçivəsində edilib.
"The Kyiv İndependent" qəzetinin məlumatına görə, 19 maddədən ibarət yeni layihədə ötən həftə ortaya çıxan bəzi mübahisəli müddəalar çıxarılıb. Ən diqqətçəkən dəyişiklik Ukraynanın Donbas ərazisinin bir hissəsini güzəştə getməsini tələb edən bəndin çıxarılmasıdır. Bu məsələ ilə bağlı son qərarı isə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski verəcək.
Bundan əlavə, Ukraynanın NATO-ya qoşulmamasını və ordunun azaldılmasını tələb edən bənd də layihədən çıxarılıb. İlkin versiyada iki milyondan çox aktiv və ehtiyat əsgəri olan Ukraynanın hərbçi sayını 600 minə endirməsi planlaşdırılırdı.
Digər bir dəyişiklik müharibə cinayətlərinə görə kollektiv əfv maddəsi ilə bağlıdır. Yeni layihədə müharibə qurbanlarının şikayətlərinin nəzərdən keçirilməsi tələbi də var.

Lakin Zelenski "X" sosial media platformasında verdiyi açıqlamada layihənin hələ yekunlaşmadığını bildirib: “Artıq 28 maddə qalmayıb. Yeni versiyaya düzgün elementlərin əksəriyyəti əlavə edilib. Layihəni tamamlamaq üçün işlərimiz davam edir və bunu şərəflə etməliyik”.
O, həmçinin Rusiyanın prosesi sabotaj etməyə çalışacağı barədə xəbərdarlıq edib. “Dezinformasiya yayan və xalqımızı qorxutmağa çalışanlar var”, - deyə o vurğulayıb.
Ukrayna xarici işlər nazirinin müavini Sergiy Kisiltsya yeni plana hər iki tərəfin "müsbət" reaksiya verdiyini bildirib. ABŞ dövlət katibi Marko Rubio da yeni layihənin son təklif olmadığını, hazırda üzərində işlərin davam etdiyini söyləyib.
Planın yekun təsdiqi isə ABŞ və Ukrayna arasında koordinasiyadan, eləcə də Rusiyanın mövqeyindən asılı olacaq.
Roza
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)
























